DÜNYA


Gürcüstanda din xadimlərinin həqiqi hərbi xidmətdən möhlət hüququ ləğv olunur

Gürcüstanda din xadimlərinin həqiqi hərbi xidmətdən möhlət hüququ ləğv olunur

Tbilisi, 6 fevral, AZƏRTAC

Gürcüstanda din xadimləri də həqiqi hərbi xidmətə cəlb olunacaqlar. Onların məcburi hərbi xidmətdən möhlət hüququ ləğv olunur.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar hökumət tərəfindən hazırlanmış qanun layihəsi artıq parlamentə təqdim edilib.

Gürcüstanın Müdafiə Məcəlləsinə təklif olunan yeni dəyişiklikdə deyilir ki, din xadimlərinin məcburi hərbi xidmətdən möhlət hüququ dövlətin müdafiə qabiliyyətini artırmaq prinsipləri ilə ziddiyyət təşkil edir. Effektiv müdafiəni planlaşdırarkən “ümumi müdafiə” prinsipi və yanaşması nəzərə alınmalıdır. Bu da ölkə ərazisində müdafiəni təmin etmək üçün milli resursların bütün potensialını səfərbər etməyə hazırlığı və qabiliyyətini, o cümlədən ehtiyatın tam işə salınmasını nəzərdə tutur.

Hökumətin parlamentə təqdim etdiyi arayışda bildirilir ki, ölkənin geosiyasi mövqeyi və total müdafiə prinsipi nəzərə alınaraq yeni ehtiyat sistemi tətbiq edilir. Bu sistemin mühüm amillərindən biri hərbi hazırlıq keçmiş şəxslərin, həm də xüsusi qeyri-hərbi bacarıqlara malik olan şəxslərin ehtiyata cəlb olunmasıdır. Bu da böhran şəraitində ehtiyatın idarə olunması proseslərini təkmilləşdirəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.