DÜNYA


Gürcüstanda hər gün 150-200 uşaq koronavirusa yoluxur

Tbilisi, 22 iyul, AZƏRTAC

“Gürcüstanda hər gün 150-200 uşaq koronavirusa yoluxur. Bu çox böyük göstəricidir”.

AZƏRTAC xəbər verir ki, bu barədə Tbilisidəki İaşvili adına Tibbi Klinikanın direktoru İvane Çxaidze bu gün keçirilən mətbuat konfransında məlumat verib.

Bildirib ki, uşaqlar arasında gündəlik yoluxma ümumi gündəlik yoluxanların 10 faizini təşkil edir.

Direktor deyib: “Əgər statistikaya nəzər salsaq görərik ki, gündəlik yoluxmada uşaqların sayı 10 faiz təşkil edir. Bu isə gündəlik 150-200 uşağın koronavirusa yoluxması deməkdir”.

Qeyd edək ki, Gürcüstanda son sutkada daha 2261 nəfər koronavirusa yoluxub, 18 nəfər pandemiyanın qurbanı olub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.