DÜNYA


Gürcüstanda koronavirusa yoluxanların sayı 5 min 500-ü keçib

Tbilisi, 29 sentyabr, AZƏRTAC

Gürcüstanda koronavirusa yoluxma halları yenidən artıb. Ölkədə son sutka ərzində daha 298 nəfərdə koronavirus aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi sropgov.ge saytında məlumat verilib.

Bildirib ki, bununla da Gürcüstanda COVID-19-a yoluxanların ümumi sayı 5 min 552-yə çatıb. Onların 1906-sı sağalıb, 31 nəfər pandemiyanın qurbanı olub.

Hazırda karantində 5650, stasionarda isə 836 nəfər saxlanılır.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.