DÜNYA


Gürcüstanda koronavirusla əlaqədar tətbiq olunan məhdudiyyətlərin bir qismi ləğv olunub

Tbilisi, 15 fevral, AZƏRTAC

Fevralın 15-dən Gürcüstanda koronavirusla əlaqədar tətbiq olunan məhdudiyyətlərin bir qismi ləğv edilir.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Gürcüstanın Dövlət Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.

Qərara əsasən, Tbilisi, Rustavi və Kutaisi şəhərləri də daxil olmaqla ölkə üzrə şagirdlər təhsillərini sinifdə davam etdirəcəklər.

Lakin, Təhsil Nazirliyinin qərarına əsasən valideynlərin istəyinə əsasən onların övladları təhsili onlayn davam etdirə bilərlər.

Bundan başqa, bu gündən ölkədəki kafe və restoranların fəaliyyətinə icazə verilib. Ölkə ərazisindəki kafe və restoranlar açıq havada səhərdən axşam saat 21:00-dək fəaliyyətini davam etdirəcəklər.

Lakin komendant saatı məhdudiyyəti onlara da şamil olunacaq. Bundan başqa onlar sadəcə həftəiçi işləyə biləcəklər, şənbə və bazar günləri fəaliyyət göstərməyəcəklər”.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.