DÜNYA


Gürcüstanda son sutkada daha 3 min 157 nəfərdə koronavirus aşkarlanıb

Tbilisi, 16 noyabr, AZƏRTAC

Gürcüstanda son sutkada daha 3 157 nəfərdə koronavirus aşkarlanıb. Sağalanların sayı isə yoluxanlardan çox olub - 3230 nəfər. Daha 30 pasiyent isə pandemiyanın qurbanı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bildirilir ki, bununla da, ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 82 min 835-ə çatıb. Onların 65 291-i sağalıb, 733-ü isə həyatını itirib.

Hazırda ölkə üzrə 2735 nəfər karantində, 5658 nəfər stasionar nəzarətdə saxlanılır.

Xəstəliyi simptomsuz keçirən 3 315 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.