İQTİSADİYYAT


Gürcüstanın Azərbaycana 7,4 milyon dollar borcu var

Tbilisi, 13 iyun, AZƏRTAC

Cari il iyunun 1-nə olan məlumata əsasən, Gürcüstanın ümumi xarici dövlət borcu 5 milyard 367,1 milyon ABŞ dolları təşkil edib. Bu da əvvəlki ayla müqayisədə 8,5 milyon dollar azdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin aylıq hesabatında deyilir.

Bildirilir ki, dövlət borcunun 5 milyard 201,8 milyon dolları hökumətin payına düşür.

Hesabatda Gürcüstanın xarici dövlətlərə borcu da yer alıb. Məlumata görə, iyunun 1-nə Gürcüstanın Azərbaycana olan borcu 7,43 milyon dollar təşkil edib. Gürcüstanın ən çox borcu Almaniyayadır (317,9 milyon dollar).

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.