DÜNYA


Gürcüstanın yeni Prezidentinin andiçmə mərasiminə xarici ölkələrdən qonaqlar dəvət olunacaq

Tbilisi, 5 dekabr, AZƏRTAC

Gürcüstanın yeni Prezidentinin andiçmə mərasiminə xarici ölkələrdən qonaqlar dəvət olunacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın yeni Prezidenti Salome Zurabişvili söyləyib. Onun sözlərinə görə, andiçmə mərasiminə Gürcüstanın diplomatik münasibətləri olan bütün dövlətlərdən nümayəndələr dəvət olunacaq. Xarici qonaqlar üçün artıq dəvətnamələr göndərilib. “Biz diplomatik münasibətlərimiz olan bütün dövlətləri mərasimə dəvət edirik. Mərasimdə kimin iştirak edəcəyini isə onlar özləri qərar verəcəklər”, – deyə S.Zurabişvili vurğulayıb.

O, hazırkı Prezident Qeorgi Marqvelaşvilinin də andiçmə mərasimində iştirak edəcəyini deyib. Bildirilib ki, hazırda andiçmə mərasiminin yüksək səviyyədə təşkili istiqamətində iş gedir.

Qeyd edək ki, yeni Prezidentin andiçmə mərasimi dekabrın 16-da Kaxeti bölgəsinin Telavi şəhərində keçiriləcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.