İQTİSADİYYAT


Güzəştli kreditlərdən istifadədə səmərəliliyin artırılması müzakirə edilib

Bakı, 5 avqust, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarının nümayəndələri ilə görüş keçirilib.

Fonddan AZƏRTAC-a bildirilib ki, görüşdə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə mənbələrinə çıxış imkanlarının artırılması istiqamətində müzakirələr aparılıb, güzəştli kreditlərdən istifadədə səmərəliliyin artırılması, sahibkarların kredit əlçatanlığının təmin edilməsi, kreditlərin verilməsi prosesinin optimallaşdırılması istiqamətində kredit təşkilatları nümayəndələrinin təklifləri dinlənilib, sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.