ELM VƏ TƏHSİL
“HEYDƏR ƏLİYEVİN ZƏNGİN SİYASİ, MƏNƏVİ İRSİ ÜMUMMİLLİ SƏRVƏTİMİZDİR” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov tədbirdə çıxış edərək, müstəqil dövlətçiliyimizin yaranmasında, möhkəmlənməsində və dünyaya tanınmasında xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin tarixi rolundan danışmışdır.
Ümummilli liderimiz Heydər Əliyev irsinin zəngin və tükənməz xəzinə olduğunu bildirən rektor bu xəzinədən daim bəhrələnməyin zəruriliyini vurğulamışdır. O, zaman-zaman ulu öndərimiz haqqında dəyərli tədqiqat əsərləri yazılacağına, onun böyük idarəçilik təcrübəsinin daha dərindən öyrəniləcəyinə əmin olduğunu söyləmişdir.
Sonra “Heydər Əliyev mətbuat və milli mənəviyyat haqqında”, “Xarici siyasətdə “milli mənafe” anlayışı”, “Azərbaycanın Avropa Şurasına qəbul olunması və bu hadisənin ölkənin Avropaya inteqrasiyasında Heydər Əliyev siyasətinin rolu” və s. mövzularda aspirant və tədqiqatçıların məruzələri dinlənilmişdir.