RƏSMİ XRONİKA


HİNDİSTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ƏBDÜL KALAMA

Hörmətli cənab Prezident,

Hindistan Respublikasının milli bayramı – Respublika günü münasibətilə Sizi və dost Hindistan xalqını şəxsən öz adımdan və bütün Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, qədim ənənələrə malik Azərbaycan-Hindistan əlaqələrinin, dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafı üçün bundan sonra da səylərimizi davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 yanvar 2004-cü il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin