CƏMİYYƏT
Hacıqabul, Beyləqan və Balakən rayon sakinlərində ov tüfəngləri aşkarlanıb
Bakı, 8 dekabr, AZƏRTAC
Hacıqabul, Beyləqan və Balakən rayon sakinlərindən ov tüfəngləri aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum edilmiş X.Qarayevdən qanunsuz saxladığı “Toz-B” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon sakinləri B.Aslanovda və Ə.Məmişovda qanunsuz saxladıqları “Bum” və “İJ” markalı ov tüfəngləri aşkarlanıb.
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları da oxşar əməliyyat keçiriblər. Polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri R.Şərifovdan və P.Mollayevdən qanunsuz saxladıqları iki ədəd “İJ-16” markalı ov tüfəngləri götürülüb.
Faktlarla əlaqədar araşdırmalar aparılır.