REGİONLAR


Hacıqabulda baş verən yol qəzası nəticəsində bir nəfər xəsarət alıb

Hacıqabul, 13 may, Mahir Babayev, AZƏRTAC

Hacıqabulda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində, "Qədirxum" restoranı yaxınlığında qeydə alınıb.

Magistralda hərəkətdə olan “Nissan” markalı maşın arxadan “Toyota” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində Ağdam rayon sakini Abbasova Nüşabə Xurşud qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.