CƏMİYYƏT


Hafiz Quliyev: Bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü ən uğurlu humanist addımdır

Bakı, 26 noyabr, AZƏRTAC

Dövlətimizin ekoloji təhlükəsizliyini təmin etmək üçün bir çox addımlar atılır. Hər il respublikamızda minlərlə ağac əkilir, parklar və yaşıllıqlar salınır. Bütün sahələrdə olduğu kimi, inkişaf və tərəqqi ölkənin ekologiyasının qorunması və yüksəldilməsində də özünü göstərir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev deyib.

Rejissor bildirib ki, respublikamızda ekoloji mühitin yaxşılaşdırılması istiqamətində hələ ulu öndər Heydər Əliyev tərəfindən bir çox fundamental addımlar atılıb. Bu gün ölkəmizdə həyata keçirilən ekoloji siyasət bu istiqamətdə davamlı inkişafı daha da təşviq edir. Söyləyib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2019-cu ilin payız əkini mövsümündə İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar respublikamızın bütün bölgələrində bir gün ərzində 650 min ağac əkilməsinin planlaşdırılması ən uğurlu humanist addımdır. Belə bir təşəbbüsün həyata keçirilməsi, respublikamızın beynəlxalq aləmdə ekoloji sistemin yaxşılaşdırılması üçün verdiyi mühüm və zəruri töhfə kimi qiymətləndirilməlidir:

“Məlumdur ki, ağaclar atmosferin çirklənməsinin qarşısını alan ən etibarlı müdafiə vasitəsidir. Atmosferi karbon qazından təmizləyib, oksigenlə zənginləşdirir. Bir ağac il ərzində təxminən 120 kiloqram oksigen buraxır. Salınan yaşıllıqlar gələcəkdə, təkcə ana təbiətin bəzəyi deyil, o həm də xalqımızın qiymətli sərvəti kimi qorunacaq. Bu təşəbbüs Nəsimi irsinin daha geniş təbliği ilə yanaşı, ölkəmizin yaşıllıqlar diyarına çevrilməsinə, ətraf mühitin mühafizəsinə daha böyük zəmin yaradacaqdır”, -deyə Hafiz Quliyev bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.