CƏMİYYƏT


Havada toz dumanı müşahidə edilir

Bakı, 17 avqust, AZƏRTAC

Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova AZƏRTAC-a bildirib ki, müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir.

“Dispers toz hissəcikləri Xətai rayonunda 4.3, Nizami rayonunda 2.4, Səbail rayonunda 2.5 dəfə normadan yüksək qeydə alınıb”.

G.Məmmədovanın sözlərinə görə sinoptik vəziyyətlə əlaqədar olaraq tozlu hava şəraitinin yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.