DÜNYA


Havananın “Saratoga” otelində partlayış nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb

Bakı, 10 may, AZƏRTAC

Havanada yerləşən “Saratoga” otelində baş verən partlayış nəticəsində ən azı 40 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Kubanın Səhiyyə Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

Həlak olanların dördü uşaqdır. Həmçinin insident zamanı aralarında beş uşağın olduğu 94 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb ki, onların da 18-i xəstəxanalarda müalicə olunur. Yaralılara yardım etmək üçün şəhərin tibb müəssisələrində qanvermə aksiyaları keçirilir.

Xatırladaq ki, mayın 6-da səhər saatlarında Havana şəhərində yerləşən “Saratoga” otelində güclü partlayışı baş verib. Partlayış dalğası qonşu binalara da ziyan vurub. İlkin versiyaya görə parlayışa qaz sızması səbəb olub. Kuba hökuməti terror aktı versiyasını istisna edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.