CƏMİYYƏT


Havanın temperaturu iqlim normasını 3.4 dərəcə ötüb

Bakı, 17 sentyabr, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, sentyabrın 17-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb, Lənkəran-Astara zonasında yağış leysan xarakterli intensiv olub.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, düşən yağışın miqdarı Astarada 27, Lənkəranda 16, Zaqatalada 8, Yardımlıda 5, Ağdamda 4, Lerikdə 3, Sarıbaşda (Qax) 1 millimetr olub.

Lerik, Sarıbaş, Şahdağ, Qrızda duman müşahidə edilib.

Havanın temperaturu iqlim normasını 3.4 dərəcə ötüb. Belə ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27-29, Aran rayonlarında 29-33, dağlıq rayonlarda 20 dərəcəyədək, Naxçıvan Muxtar Respublikasında 27-33 dərəcə isti olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.