DÜNYA


Havay adalarında 5,5 bal gücündə zəlzələ baş verib

Bakı, 13 mart, AZƏRTAC

Havay adalarında aktiv Kilauea vulkanı yaxınlığında 5,5 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ-ın Geologiya Xidmətinin məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 10:55-də qeydə alınıb. Zəlzələnin episentri Volkeynodan 12 kilometr cənubda, ocağı isə yer səthindən 5,9 kilometr dərinlikdə yerləşib.

Təbii fəlakət nəticəsində mümkün tələfat və dağıntılar barədə məlumat verilmir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.