CƏMİYYƏT


Hər gün 60 qram qoz-fındıq 2-ci tip diabetə müsbət təsir göstərir

Bakı, 13 iyul, AZƏRTAC

Kanadalı tədqiqatçılar 2-ci tip diabetdən əziyyət çəkən 450 pasiyentin iştirakı ilə 12 kliniki tədqiqatın meta-təhlilini aparıblar. Onlar belə qənaətə gəliblər ki, hər gün təqribən 60 qram qoz-fındıq yemək iki əsas biokimyəvi göstəriciyə - qlikohemoqlobinə (qanda şəkərin miqdarının orta səviyyəsi), habelə acqarına qanda qlükozanın səviyyəsinə müsbət təsir göstərir.

AZƏRTAC “MedikForum”a istinadla xəbər verir ki, alimlərin sözlərinə görə, söhbət hər hansı qoz-fındıq növündən getmir. Qoz-fındığın bütün növləri, o cümlədən badam, Braziliya qozu, keşyu, şabalıd, kokos, pekan qozu, fındıq, makadamiya, qoz, sidr qozu, püstə diabetiklərin orqanizminin funksiyalarını yaxşılaşdırır.

Kanada mütəxəssisləri deyiblər: “Hər gün bu qoz-fındıqdan hər biri 30 qram olmaqla iki porsiya yemək 2-ci tip diabetdən əziyyət çəkənlərin qanında qlükozanın səviyyəsini azaltmağa və sabitləşdirməyə kömək edir”.

Onlar əlavə ediblər ki, rasiondakı doymuş yağlar deyil, rafinə edilmiş sürətli karbohidratlar qoz-fındıqla əvəzlənəndə diabetiklərin qlükoza göstəricilərində daha səmərəli nəticə müşahidə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.