REGİONLAR


Hərbçilər Şəki Qarışıq Tipli Uşaq Evinin qonağı olub

Şəki, 18 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Müdafiə Nazirliyinin Beyləqan Qarnizonunun hərbçiləri noyabrın 18-də Şəki Qarışıq Tipli Uşaq Evinin balaca sakinlərinin qonağı olub, gətirdikləri hədiyyələrlə uşaqları sevindiriblər.

Görüşdə tarixi Aprel döyüşlərinin iştirakçıları olan əsgər və zabitlər, həmçinin musiqili proqramla Füzuli Dövlət Dram Teatrının kollektivi və Şəki Regional Mədəniyyət İdarəsinin nümayəndələri iştirak ediblər.

Regional İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hərbçilər komandanlıq adından uşaqları 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə təbrik edərək, onlara bayram hədiyyələri paylayıblar. Bundan əlavə, Uşaq Evinin noyabrda doğum gününü qeyd edən 6 sakini hərbçilər tərəfindən xüsusi olaraq mükafatlandırılıblar.

Sonra söz musiqiyə verilib. Təqdim olunan rəqslər, şən mahnılar, klounların çıxışları uşaqlara xoş ovqat bəxş edib.

Tədbirin sonunda Şəki Qarışıq Tipli Uşaq Evinin direktoru İlhamə Məmmədova göstərilən diqqət və qayğıya görə hərbçilərə təşəkkürünü bildirib, artıq ənənə halını almış belə görüşlərin uşaqların mənəvi dünyasının zənginləşməsinə əhəmiyyətli dərəcədə təsir göstərdiyini vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.