SİYASƏT


Hərbi Akademiyanın yaranmasının 20-ci ildönümü qeyd olunub

Bakı, 21 fevral, AZƏRTAC

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaranmasının 20-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən tədbirin iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Təntənəli mərasimdə çıxış edən Akademiyanın rəisi, general-leytenant Heydər Piriyev ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində inkişaf edən Ordumuzun gücünün və potensialının mühüm göstəricilərindən biri olan zabit kadrlarının müasir tələblərə cavab verən peşə hazırlığından danışıb. O, son illər bu sahədə mühüm uğurların əldə edildiyini vurğulayıb.

Digər çıxış edənlər ordu quruculuğu sahəsində atılan uğurlu addımlardan danışaraq ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə Akademiya məzunlarının göstərdikləri qəhrəmanlıq və igidlik nümunələrini diqqətə çatdırıblar.

Sonda bir qrup hərbi qulluqçu və mülki şəxs qiymətli hədiyyə və fəxri fərmanla mükafatlandırılıb.

Tədbir Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin ifasında konsert proqramı ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.