Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

“Hərbi dənizçilər Zəfər yolunda” mövzusunda vətənpərvərlik tədbiri keçirilib VİDEO

Bakı, 5 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis olunan və bu il ilk dəfə ölkəmizdə təntənəli şəkildə, ümumxalq bayramı kimi qeyd ediləcək Zəfər Günü ərəfəsində Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin klubunda “Hərbi dənizçilər Zəfər yolunda” mövzusunda vətənpərvərlik tədbiri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə respublikamızın ərazi bütövlüyünün bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycanın Dövlət Himni ifa olunub.

“Qələbə marş”ının sədaları altında səhnəyə çıxan layihə müəllifi və tədbirin aparıcısı polkovnik Abdulla Qurbani tədbir iştirakçılarını, Milli Məclisin deputatlarını, şəhid ailələrinin üzvlərini, müharibə iştirakçısı olan hərbi dənizçiləri Zəfər Günü münasibətilə təbrik etdikdən sonra Vətən müharibəsində şəhadətləri ilə tarix yazan, adları tarixə yazılan xüsusi təyinatlı şəhid hərbi dənizçilərin adlarını elan edib: kapitan-leytenant Fərrux Mirzəmməd oğlu Həşimov, baş leytenant Elnur Elsevər oğlu Zeynalov, baş miçman Mərdan Əhməd oğlu Mehdizadə, miçman Vüsal Qüdrət oğlu Məmmədov, miçman Fuad Taleh oğlu Nəcəfov, miçman Elvin Ramiz oğlu Səfərov, miçman Ruslan Rəcəb oğlu Rəcəbov, gizir Zaur Mübariz oğlu Ələsgərli, kiçik miçman Fəqan Amil oğlu Zalov, Aprel döyüşlərinin şəhidi miçman Rusif Ağayev.

Hər bir şəhidin adı çəkildikcə səhnədə məğrur-məğrur dayanan dəniz xüsusi təyinatlılarının mübariz döyüşçüləri “Mən” cavabı tədbir iştirakçıları tərəfindən ayaq üstə alqışlanıb.

Qeyd olunub ki, şəhidlər xalqımızın qızıl fondudur, onlar əbədiyyət yolçusudurlar. Şəhidlərimizin adları tarixdən heç vaxt silinməyəcək, qəhrəmanlıqları unudulmayacaq və onlardan hər biri gənc nəslin vətənpərvərlik tərbiyəsində örnək, nümunə olaraq, yolumuza nur çiləyəcəklər.

Şəhidlər dünən Zəfərə aparan yollarda bizimlə bir yerdə olduqları kimi bu gün də bizimlə bir sırada, gələcəkdə də bizimlə bir yerdə olacaqlar. Qədirbilən xalqımız və dövlətimiz onların xatirəsini həmişə əziz tutacaq.

Polkovnik A.Qurbani diqqətə çatdırıb ki, Azərbaycan Hərbi Dəniz Qüvvələri dənizdə respublikamızın maraqlarını təmin etməklə yanaşı, dövlətimizin Xəzəryanı regionda hərbi-coğrafi vəziyyəti ilə bağlı mühüm vəzifələri uğurla yerinə yetirir. Hərbi dənizçilərimiz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Onlar döyüşə hazırlıq səviyyəsini daim artırır, Xəzər dənizinin Azərbaycan sektorunda əlverişli əməliyyat rejiminin saxlanılması üzrə qarşıya qoyulmuş vəzifələrin icrasını mütəmadi olaraq təkmilləşdirir, döyüş hazırlığının keyfiyyətini daha da artırırlar.

Təcavüzkar Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın başladığı haqq savaşının – Vətən müharibəsinin ilik günündən digər qoşunlarla yanaşı, Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti də bir nəfər kimi döyüşlərə hazır olduqlarını bildirib və hərbi əməliyyatlarda verilən tapşırıqları uğurla yerinə yetirərək göstərdikləri qəhrəmanlıq, şücaət, mərdlik və igidlik nümunələri ilə Zəfər salnaməmizə parlaq səhifələr yazıblar. Onlar bir daha sübut ediblər ki, Azərbaycanın hərbi dənizçiləri dənizdə olduğu kimi, quruda da mühüm tapşırıqları müvəffəqiyyətlə yerinə yetirməyə hər an hazır və qadirdirlər.

Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov tədbir iştirakçılarını hərbi dənizçilər adından salamlayıb, şəhid valideynlərinə Vətənə layiqli mərd, igid, qorxmaz övladlar tərbiyə etdiklərinə və onlarla qürur duyduqlarına görə minnətdarlıq edib.

Komandan deyib: “2020-ci ilin 27 sentyabr gününü bütün xalqımız, Azərbaycan Ordusunun şəxsi heyəti kimi hərbi dənizçilərimiz də səbirsizliklə gözləyirdi və inanırdıq ki, Vətən müharibəsinin başlanacağı günə çox qalmayıb. Azərbaycan tərəfi dəfələrlə düşmənə mesajlar göndərərək danışıqlar yolu, sülh yolu ilə işğal etdiyi torpaqlardan çıxmasını tələb edib. Lakin düşmən məkrli və hiyləgər niyyətindən əl çəkmək əvəzinə, sentyabrın 27-də yenə də beynəlxalq hüquq normalarını kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdə respublikamızın yaşayış məntəqələrini və hərbi mövqelərimizi atəşə tutub, nəticədə mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olub. Bu hücumların qarşısını almaq məqsədilə Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlamağa məcbur olub.

Ali Baş Komandan İlham Əliyev müharibə ərəfəsində dönə-dönə bizim işimizin haqq işi olduğunu qeyd edərək bəyan edirdi ki, biz heç kəsin torpağını işğal etməmişik. Heç kəsin də torpağında gözümüz yoxdur. Bizim ərazi bütövlüyümüz pozulubdur, torpaqlarımız işğal altındadır. Azərbaycan xalqı, Azərbaycan Ordusu hər an öz ərazi bütövlüyünü bərpa etmək üçün lazımi addımlar ata bilər. Bizim buna haqqımız çatır. Beynəlxalq hüquq normaları da bizə belə bir imkan yaradır.

Həmin gün Azərbaycan Prezidentinin xalqa müraciətini hərbi dənizçilərimiz cəbhə bölgəsində böyük diqqətlə izləyib və Müzəffər Ali Baş Komandanın “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz Zəfər çalacağıq! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” sözlərini özlərinə şüar edərək döyüş meydanlarına atılıblar”.

İlk olaraq Hərbi Dəniz Qüvvələri Sualtı Hücum və Sualtı Müdafiə Xüsusi təyinatlı dəstəsinin döyüşən orduya qoşulduğunu vurğulayan kontr-admiral S.Bəkirov diqqətə çatdırıb ki, birinci xüsusi təyinatlı qrupumuz müharibənin ikinci günündə Goranboy rayonunda, əfsanəvi qəhrəmanımız Mübariz İbrahimovun adını daşıyan “Mübariz postu” istiqamətində ilk döyüş tapşırığını itki vermədən uğurla yerinə yetirib. Sonra isə hərbi dənizçilərimiz Füzuli-Cəbrayıl istiqamətində Zəfər yürüşünü davam etdiriblər. Onlar bir çox yaşayış məntəqəsini, eləcə də düşmənin hərbi şəhərciyini və zastavasını azad edib, Xudafərinə bayraq sancıb və azad edilən əraziləri aidiyyəti üzrə digər qoşunların bölmələrinə təhvil veriblər. Döyüş meydanında fərqləndiklərinə görə iki zabitimizə vaxtından əvvəl hərbi rütbə verilib.

Hərbi dənizçilərimizin - xüsusi təyinatlılarımızın böyük fədakarlığı nəticəsində Qubadlı rayonunun neçə-neçə kəndi, eləcə də Qubadlı şəhəri işğaldan azad edilib və polkovnik Zaur Quliyev Qubadlı şəhərinin azad olunması barədə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzə edərək bildirib ki, Qubadlı şəhəri işğaldan azad olunub. Hazırda Qubadlı şəhərində Azərbaycan Respublikasının dövlət bayrağı dalğalanır. Dəniz xüsusi təyinatlıları Qubadlıdakı uğurlu əməliyyatlardan sonra Xocavənd rayonunun yaşayış məntəqələrinin, bir çox strateji yüksəkliklərin azad edilməsi uğrunda döyüşlərdə əsl qəhrəmanlıq nümunələri göstəriblər.

Düşmənin alınmaz qalaya çevirdiyi və neçə-neçə igidimizin şəhid olduğu Qızılqayanın alınması uğrunda döyüşlərdə də dəniz piyadalarımız xüsusilə fərqləniblər.

Əlavə qüvvəyə ehtiyac yarandıqda Hərbi Dəniz Qüvvələrinin döyüş gəmilərinin şəxsi heyəti bir nəfər kimi müharibəyə getməyə hazır olduğunu bildirib. Lakin onlardan yalnız lazım olan sayda hərbi dənizçi də cəbhəyə yola salınıb və onlar da ilk gündən qələbə zəmi, yüksək döyüş əhval-ruhiyyəsi ilə qarşıya qoyulan tapşırıqların icrasına nail olublar.

Daha sonra kontr-admiral bildirib ki, möhtəşəm Zəfərin qazanılması uğrunda şəhidlərimiz də olub. Xalqımız onları böyük izdihamın iştirakı ilə son mənzilə yola salıb. Hərbi dənizçilər heç vaxt ruhdan düşməyib. Onlar silahdaşlarının intiqamını döyüş meydanlarında alaraq şəhidlərin qanını yerdə qoymayıblar.

Müharibədən sonra hərbi dənizçilərimizdən polkovnik Zaur Quliyev, Xaliq İbrahimov və kiçik miçman Fəqan Zalova (ölümündən sonra) Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunələrinə, həmçinin hərbi qulluq vəzifələrini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

Şəhid olan 9 hərbi dənizçi isə Azərbaycan Prezidentinin Sərəncamına əsasən, ərazilərimizin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə təltif olunan hərbi qulluqçuların sırasında “Qarabağ” ordeninə layiq görülüb və bir çox döyüş medalları ilə təltif olunub. Vətən müharibəsi iştirakçısı olan hər bir hərbi dəniz xüsusi təyinatlısının xidməti Azərbaycan Prezidenti və Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Milli Məclisin deputatları Aydın Mirzəzadə və Səbinə Xasayeva tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsgərinin qazandığı möhtəşəm Qələbəni xalqımızın və dövlətimizin ən böyük uğuru kimi qiymətləndiriblər.

Deputatlar iftixar hissi ilə qeyd ediblər ki, bu Qələbə xalqımızın birliyinin, həmrəyliyinin, dövlətimizin iqtisadi gücünün, rəşadətli Azərbaycan Ordusunun zabit və əsgərlərinin fədakarlığının, döyüş ruhunun, yüksək səviyyədə olan mənəvi-psixoloji hazırlığının, ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin, həmçinin dövlətimizin başçısının qətiyyətinin, hücum diplomatiyasının, sərkərdə məharətinin, əlbəttə, ilk növbədə, dəmir yumruğunun qələbəsi kimi Azərbaycan tarixinə yazılıb.

Şəhid valideynlərinin çıxışları və onların qürurla “Vətən sağ olsun!” deyərək övladları ilə fəxr etdiklərini dilə gətirməsi tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Xaliq İbrahimov döyüş xatirələrini danışıb və dəniz xüsusi təyinatlılarının bu gün də Müzəffər Ali Baş Komandanın hər bir əmrinə hazır olduqlarını bəyan edib.

Şəhidlərin xatirəsinə və qalib Azərbaycan əsgərinin xalqımıza bəxş etdiyi Qələbə sevincinə, Zəfər Gününə həsr edilən ədəbi-musiqili proqram tədbir iştirakçılarına duyğulu anlar yaşatsa da, möhtəşəm Qələbənin tərənnümü onlara xoş ovqat, bayram əhval-ruhiyyəsi bəxş edib.

“Hərbi dənizçilər Zəfər yolunda” mövzusunda vətənpərvərlik tədbiri keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-da yük qatarı relsdən çıxaraq alovlanıb

Papa Fransisk ilk dəfə G7 sammitində iştirak edəcək

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub