SİYASƏT


Hərbi hissənin yaradılmasının ildönümü münasibətilə tədbir keçirilib

Bakı, 14 iyun, AZƏRTAC

“N” hərbi hissənin yaradılmasının ildönümü münasibətilə tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor Azər Əliyev tədbir iştirakçılarını və qonaqları salamlayıb. Bildirib ki, hərbi hissə yarandığı gündən bəri uğurlu döyüş əməliyyatları keçirib. Birinci Qarabağ və Vətən müharibəsində hərbi hissənin qarşısında qoyulan döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəlib.

Tədbirdə ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində apardığı siyasətin bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi vurğulanıb.

Sonda xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən bir qrup hərbi qulluqçu mükafatlandırılıb və məktəblilər tərəfindən tədbir iştirakçılarına ədəbi-bədii kompozisiya təqdim edilib.

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.