REGİONLAR


Hərbi qulluqçu Ramin Abdulrəhmanov torpağa tapşırılıb

Quba, 24 sentyabr, Elxan Yusifli, AZƏRTAC 

Sentyabrın 22-də yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu Quba rayonunda torpağa tapşırılıb.

Hərbi qulluqçunun dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin əməkdaşları, şəhidin yaxınları, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dəfn mərasimində çıxış edənlər hərbi qulluqçunun ailəsinə başsağlığı verib, torpaqlarımızın azadlığı uğrunda həlak olan qəhrəman oğullarımızın qanının yerdə qalmayacağını, tezliklə düşməndən qisas alınacağını bildiriblər.

Hərbi qulluqçunun nəşi torpağa tapşırılıb, məzarı üstünə əklil və qərənfillər qoyulub.

Tabutun üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı R.Abdulrəhmanovun ailəsinə təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.