İQTİSADİYYAT


“Həyat sığortası” üzrə plastik kartlarla ödənilən xidmət haqqı tarifləri müzakirə edilib

Bakı, 14 iyun, AZƏRTAC

Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə” Ekspert Qrupu və İcbari Sığorta Bürosunun nümayəndələri arasında görüş keçirilib.

ABA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Hökumət Ödəniş Portalına qoşulmuş və bu infrastruktur vasitəsilə banklar tərəfindən “həyat sığortası” üzrə plastik kartlarla ödənilən sığorta haqlarına tətbiq edilən xidmət haqqı tarifləri müzakirə edilib.

Xatırladaq ki, Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə kommersiya bankları tərəfindən təsis olunub. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.