CƏMİYYƏT


Həyat yoldaşını bıçaqla qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakı, 12 fevral, AZƏRTAC

Binəqədi rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, fevralın 11-də Binəqədi rayonu ərazisində Bakı şəhər sakini L.Həsənqızının bıçaqla qətlə yetirilməsi barədə daxil olan məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Münaqişə zəminində baş verən cinayət əməlini törətməkdə şübhəli bilinən qadının əri T.Qurbanov təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.