HEYDƏR ƏLİYEV - 100


“Heydər Əliyev İli” çərçivəsində YAP-ın yerli təşkilatları ağacəkmə kampaniyasını davam etdirir

Bakı, 1 aprel, AZƏRTAC

“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları ağacəkmə kampaniyası həyata keçirirlər.

AZƏRTAC xəbər verir ki, kampaniya çərçivəsində növbəti tədbirlər partiyanın İmişli, Oğuz, Abşeron, Şirvan, Xocalı, Ağstafa, Xızı, Quba, Lerik, Şuşa və Tovuz rayon təşkilatlarının yerli icra hakimiyyəti orqanları ilə birgə təşkilatçılığı əsasında keçirilib.

Tədbirlərdə YAP-ın yerli təşkilatlarının rəhbərləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Eldar şamı, çinar, sərv, cökə, göyrüc, zeytun olmaqla ümumilikdə 4000-ə yaxın müxtəlif növ ağac əkilib. Eyni zamanda, ağacların əkildiyi ərazilərdə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, aksiyanın keçirilməsində məqsəd ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələri davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.