HEYDƏR ƏLİYEV - 100


“Heydər Əliyev İli” çərçivəsində doktorant və dissertantlar arasında müsabiqə keçiriləcək

Bakı, 31 yanvar, AZƏRTAC

Akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, iclasda müəssisənin baş direktoru akademik Vaqif Abbasov Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlər planına əsasən, 35 yaşa qədər olan doktorant və dissertantlar arasında institutdaxili müsabiqə keçirilməsini təklif edib. O qeyd edib ki, müsabiqənin əsas məqsədi istedadlı gəncləri üzə çıxararaq həvəsləndirmək, onlara elmi araşdırma və təhlil aparmaq bacarıqlarını nümayiş etdirmək imkanı yaratmaqdır. Əsas diqqət tətbiq yönümlü elmi tədqiqatlara yönəldilməlidir.

Vurğulanıb ki, ən yaxşı layihələr mükafatlandıracaq. İlk üç yerin qalibinə pul mükafatı veriləcək. Müsabiqənin nəticələri aprel ayının birinci yarısında açıqlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.