SİYASƏT


Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları Hərbi Qənimətlər Parkında olublar VİDEO

Bakı, 27 aprel, AZƏRTAC

Azərbaycan Ordusunda şəxsi heyətə vətənpərvərlik hisslərinin aşılanması, gənclərdə hərbi vətənpərvərliyin tərbiyə edilməsi məqsədilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantlarının Hərbi Qənimətlər Parkına ziyarəti təşkil olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kursantlar 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülən hərbi texnika və sursatlarla tanış olublar.

Sonda azad olunan ərazilərdən qənimət götürülən üzərində “Qarabağ Azərbaycandır!” yazısı yazılmış iki mindən çox avtomobilin nömrə nişanlarından ibarət lövhə önündə xatirə fotosu çəkdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.