CƏMİYYƏT


“Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib

Bakı, 2 aprel, AZƏRTAC

YAP-ın Sabunçu rayon təşkilatının inzibati binasında “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Sabunçu Rayon İcra Hakimiyyəti və YAP-ın Sabunçu rayon təşkilatının birgə təşkilatçılığı ilə təşkil edilib.

Konfransda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən, həmçinin “Azərbaycançılıq məfkurəsi milli dövlətçiliyimizin işıqlı yoludur”, “Heydər Əliyevin azərbaycançılıq ideyalarının və dövlətçilik konsepsiyasının elmi, fəlsəfi əsasları”, “Heydər Əliyev ideyaları və azərbaycançılıq məfkurəsi müasir ədəbiyyatda: yazıçı-alim Sadıq Qarayevin “Sahilsiz Təzadlar”, “Sahibsiz kölgələr”, “Sarvansız zamanlar” əsərlərinin nümunəsində” mövzularında alimlər, yazıçılar və ziyalılar çıxışlar ediblər.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan azərbaycançılıq ideyasını irəli sürməsi, onu milli diasporun təşkilatlanması üçün ideoloji təmələ çevirməsidir.

Vurğulanıb ki, ötən illər ərzində Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə sadiq qalmış və onu inkişaf etdirib. Belə ki, 1988-ci ildən Ermənistanla Azərbaycan arasında davam edən müharibə nəticəsində 20 faiz Azərbaycan torpaqlarının işğal faktını heç vaxt qəbul etməyən Azərbaycan münaqişənin birdəfəlik köklü həll olunması və ərazilərin işğaldan azad olunaraq köçkün və qaçqın soydaşlarımızın öz torpaqlarına geri qayıtmasını tələb kimi ortaya qoymuşdur. Bunun nəticəsi olaraq 2020-ci ildə 44 günlük müharibə dövründə Azərbaycan xalqı həmrəylik nümayiş etdirərək müzəffər orduya rəhbərlik edən Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib “Dəmir yumruğa” çevrildi və məhz azərbaycançılıq ideologiyası 30 ildən bəri davam edən münaqişənin şanlı zəfər ilə bitməsinə yol açdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.