Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Heydər Əliyevin şərəfli ömür yolu Vətənə xidmət nümunəsinə çevrilib

Ölkəmizin cənub bölgəsində Milli Qurtuluş Günü təntənə ilə qeyd olunub

Masallı-Lənkəran-Lerik-Cəlilabad, 15 iyun, Bağır Əliyev, AZƏRTAC

Ölkəmizin hər yerində olduğu kimi, cənub bölgəsində də Milli Qurtuluş Günü böyük təntənə ilə qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyunun 15-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbirinin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

“Tariximizin qurtuluş zirvəsi” mövzusunda keçirilən konfransda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov rayon sakinlərini əlamətdar bayramlar - Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə təbrik edərək, ölkəmizin düçar olduğu bəlalardan dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkidi ilə yenidən rəhbərliyə qayıdışından sonra qurtulduğunu, Azərbaycanda uğurlu gələcəyin təməlinin qoyulduğunu bildirib.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilib, onun apardığı qətiyyətli, uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olub, demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanıb. Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi və fədakarlığı, şərəfli ömür yolu doğma xalqımız üçün Vətənə xidmət nümunəsinə çevrilib.

Ulu öndər Heydər Əliyevin şərəfli ömür yolunun bütün nəsillərə örnək olduğunu, onun adının xalqımızın mənəvi bütövlüyünün və birliyinin rəmzinə çevrildiyini, xatirəsinin qəlbimizdə əbədi yaşayacağını vurğulayan R.Hüseynov bu gün Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində doğma Azərbaycanımızın gündən-günə çiçəkləndiyini, inkişaf etdiyini, bütün sahələrdə dünya dövlətlərinin etibarlı tərəfdaşına çevrildiyini bildirib.

Konfransda Bala Kolatan kənd tam orta məktəbinin tarix müəllimi Uğur Ağayevin mövzu ilə bağlı məruzəsi dinlənilib.

Tədbir digər çıxışlarla davam etdirilib.

X X X

Milli Qurtuluş Günü Lənkəranda da bayram sevinci ilə qeyd olunub.

Ümumrayon tədbirinin iştirakçıları əvvəlcə Heydər Əliyev Xatirə Parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayon sakinlərini əlamətdar bayramlar - Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə təbrik edib. T.Qaraşov 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin gərgin səyi ilə ölkəmizdə daxili və xarici siyasət sahəsində qazanılan uğurlardan, iqtisadiyyatımızın dirçəldilməsindən, bütün sahələrdə aparılan uğurlu islahatlardan danışıb.

Ümummilli Liderin parlaq dühası ilə qurulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edib gündən-günə qüdrətlənən müstəqil Azərbaycan dövlətinin hər bir ölkə vətəndaşı üçün qürur mənbəyi olduğunu vurğulayan T.Qaraşov Azərbaycanın bütün bölgələri kimi, Lənkəranın da sürətlə inkişaf etdiyini, rayonun sosial-iqtisadi və mədəni həyatında köklü dəyişikliklərin, bütün sahələrdə inkişafın baş verdiyini bildirib.

Ümumrayon tədbiri Heydər Əliyev Xatirə Parkında respublikanın tanınmış incəsənət ustalarının ifasında bayram konserti ilə davam edib.

X X X

Milli Qurtuluş Günü ilə bağlı Lerik Rayon İcra Hakimiyyətində keçirilən ümumrayon tədbirində idarə, müəssisə və təşkilatların rəhbərləri, yaşlı nəslin, gənclərin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov rayon sakinlərini əlamətdar bayramlar 15 İyun - Milli Qurtuluş Günü və müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb.

1993-cü ilin 15 iyun gününün xalqımızın mübarizələrlə dolu şanlı tarixinə yeni dövrün başlanğıcı kimi daxil olduğunu vurğulayan R.Bağırov həmin günün, eyni zamanda, Heydər Əliyevlə Azərbaycan xalqının sarsılmaz birliyinin, həmrəyliyinin rəmzinə çevrildiyini bildirib.

Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin sağlam təməllər üzərində qurduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyada söz-nüfuz sahibinə çevrilib.

Tədbir Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədovanın Milli Qurtuluş Günü ilə bağlı məruzəsi və digər çıxışlarla davam etdirilib.

X X X

Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə keçirilən ümumrayon tədbirinin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, rayon uşaq incəsənət məktəbinin rəssamlıq şöbəsinin şagirdləri - Əminə Əhmədova və Elmar Abdullazadənin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar.

Tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov rayon sakinlərini Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə təbrik edib.

Namiq Zeynalov çıxışında 1993-cü il iyunun 15-dən ötən dövrdə Azərbaycanın keçdiyi inkişaf yolundan, əldə olunan uğurlardan danışıb.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Milli Qurtuluş Günündən başlayan inkişaf yolumuzun 2003-cü ildən yeni liderin – Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni yüksəliş mərhələsinə qədəm qoyduğunu vurğulayan icra hakimiyyətinin başçısı bu gün ölkəmizdə Heydər Əliyev ideyalarının və siyasətinin uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov bildirib ki, ulu öndər Heydər Əliyevin gənclərə diqqət və qayğısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 1993-cü ildə Azərbaycanın ən çətin vaxtlarında xalqın istəyi ilə hakimiyyətə gələn Ümummilli Lider gənclərin vətənpərvər ruhda tərbiyə edilməsinə, müasir biliklərə yiyələnməsinə böyük önəm verib, gənclər üçün əlverişli şəraitin yaradılması dövlət siyasətinin prioritetlərindən biri olub.

Ümumrayon tədbirində çıxış edənlər dövlətçilik tariximizə şərəfli və qürurverici səhifə kimi daxil olmuş Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıblar.

Tədbir Heydər Əliyev Mərkəzinin qarşısında respublikanın tanınmış incəsənət ustalarının konserti ilə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dən “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO