REGİONLAR


Heyvandarlığa göstərilən dövlət dəstəyi bu sahənin inkişafını stimullaşdırır

Naxçıvan, 29 oktyabr, AZƏRTAC

Muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı bu ilin 1 oktyabr tarixinə 121 min 892 baş, qoyun və keçilərin sayı 755 min 760 baş olub ki, bu da ötən ilin eyni tarixinə olan göstəriciləri 1,7 və 1,9 faiz üstələyib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı 2020-ci ilin yanvar-sentyabr aylarında da diqqətdə saxlanılıb, 42 heyvandarlıq təsərrüfatının yaradılması, 16 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb, 19 heyvandarlıq təsərrüfatının yaradılması, 7 heyvandarlıq təsərrüfatının genişləndirilməsi, 1 heyvandarlıq kompleksində yenidənqurma işləri davam etdirilir. Ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə cari ilin yanvar-sentyabr aylarında 8 milyon 133 min 700 manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 15,8 faiz çoxdur.

Muxtar respublikada heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığın yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Süni Mayalanma Mərkəzi yaradılıb, müasir infrastruktur obyektlərinin tikintisi davam etdirilib.

Cari ilin ötən dövründə heyvandarlıq təsərrüfatlarında 10 min 310 baş inək, düyə və camış süni yolla mayalandırılıb, ötən il və cari il də daxil olmaqla mayalandırılmış inək, düyə və camışlardan 7 min 213 baş sağlam bala alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.