Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

Həzi Aslanovun davamçıları olan Azərbaycan tankçıları görkəmli sərkərdənin ata ocağını ziyarət ediblər

Bakı, 24 fevral, AZƏRTAC 

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 110 illiyi ilə əlaqədar yubiley tədbirləri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin təşkilatçılığı ilə Lənkəranda keçirilən növbəti tədbirlər də ictimaiyyətin nümayəndələri, hərbi qulluqçular tərəfindən görkəmli sərkərdənin xatirəsinə böyük ehtiramın təcəssümü olmaqla yanaşı, həm də gənc nəslin ata-babalarımızın qəhrəmanlıq ənənələri ruhunda tərbiyə edilməsi istiqamətində təqdirəlayiq iş kimi dəyərləndirilib.

Nazirliyin rəsmiləri, Aprel döyüşlərinin və Beynəlxalq Ordu Oyunları çərçivəsində “Tank biatlonu” yarışlarının iştirakçısı olan Azərbaycan Ordusu tankçılarının bir qrupu Həzi Aslanovun ev-muzeyində keçirilən vətənpərvərlik tədbirində generalın həmyerliləri ilə görüşüb, muzeyin ekspozisiyası ilə tanış olub, ədəbi-bədii proqramı maraqla izləyiblər.

Cəbhə bölgələrindən gələn tankçılar respublikanın Əməkdar artisti, mayor Cahangir Qurbanovun ifa etdiyi “Azərbaycan” mahnısının sədaları altında qarşılanıb.

Qəhrəmanın büstü qarşısına gül çələngi qoyulub, xatirəsi əsgəri ehtiramla yad edilib.

Yubiley tədbirlərinin təşkili üzrə komissiyanın sədr müavini, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani Müdafiə Nazirliyinin rəhbərliyi adından tədbir iştirakçılarını salamlayaraq bildirib ki, ötən il dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin Sərəncamda qeyd olunub ki, dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə Həzi Aslanov mahir hərbi sərkərdə istedadı nümayiş etdirib və hərb salnaməsində yeni parlaq səhifələr açıb. Onun göstərdiyi misilsiz şücaət və başçılıq etdiyi tank alayının müstəsna rəşadəti torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olan Azərbaycan Ordusunun bütün şəxsi heyəti üçün əsl qəhrəmanlıq nümunəsidir. Prezidentin Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı Müdafiə nazirinin əmri ilə komissiya yaradılıb, Müdafiə, Təhsil və Mədəniyyət nazirliklərinin birgə planı hazırlanıb. Bu istiqamətdə tədbirlər ilin sonunadək davam etdiriləcək.

A.Qurbani xalqımızın ümummilli lideri Heydər Əliyevin Həzi Aslanov irsinə həmişə yüksək qiymət verdiyini qeyd edib, Ulu Öndərin qüdrətli sərkərdə haqqında fikirlərini tədbir iştirakçılarının nəzərinə çatdırıb: “Həzi Aslanov Böyük Vətən müharibəsində mərdliklə döyüşən, vuruşan Azərbaycan xalqının nümayəndələrindən ən görkəmlisidir. O, bu döyüşlərdə həlak olmuş, ancaq öz vətəndaşlıq borcunu yerinə yetirmiş, Azərbaycan xalqının hansı yüksək mənəvi xüsusiyyətlərə malik olduğunu dünyaya nümayiş etdirmişdir”, “Həzi Aslanov öz qəhrəmanlıq, cəsurluq nümunələri ilə Azərbaycan xalqını dünyada tanıtmış bir şəxsiyyətdir. Həm döyüşçü, həm sərkərdə, general, həm də vətənpərvər bir insan, Vətəninə sədaqətlə son nəfəsinə qədər döyüşmüş, həlak olmuş həmvətənimiz Həzi Aslanov bizim üçün daim əziz olub və gələcək nəsillər üçün də əziz olacaqdır!”.

Xalq artisti Qabil Quliyev çıxış edərək “Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında” Prezident Sərəncamının iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun həmyerliləri tərəfindən də böyük ruh yüksəkliyi ilə qarşılandığını vurğulayaraq, dövlətimizin başçısı İlham Əliyevə lənkəranlılar adından dərin minnətdarlığını bildirib.

Xalq artistinin təqdim etdiyi rekviyem-kompozisiya böyük maraqla qarşılanıb.

Beynəlxalq Ordu Oyunları çərçivəsində “Tank biatlonu” yarışlarında ölkəmizi layiqincə təmsil edən və dünyanın bir çox ordularının tank heyətlərinə qalib gələn tankçılarımızdan baş gizir Məftun İbrahimov, baş əsgərlər Elvin Rzayev və Əsgər Quliyev yarış təəssüratlarını bölüşüb və bu il də qazanacaqları uğurlarla dünya hərb tarixinə Həzi Aslanov kimi görkəmli bir sərkərdəni bəxş etmiş Azərbaycan xalqına yeni qələbə sevincini yaşadacaqlarına söz veriblər.

Belarusun paytaxtından telefon əlaqəsinə qoşulan Minskdəki “Qobustan” Azərbaycan İctimai Birliyinin sədri Baxşı Qənbərov Belarus xalqının da Həzi Aslanovun xatirəsini həmişə əziz tutduğunu, Belarus torpağında möhtəşəm abidəsinin ucaldıldığını, yubileylə əlaqədar şəhər və rayonlarda tədbirlər keçirildiyini, televiziya kanallarında mütəmadi olaraq verilişlərin təşkil edildiyini nəzərə çatdırıb və burada yaşayan azərbaycanlıların Həzi Aslanov kimi yenilməz sərkərdə ilə qürur duyduqlarını deyib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Prezident Sərəncamı ilə “İgidliyə görə” medalına layiq görülmüş cəsur tankçı Paşa Mehdiyev Lələtəpə fatehləri adından tədbir iştirakçılarını salamlayıb. Həmin döyüşlərdə Həzi Aslanovun hərb elminə gətirdiyi yeniliklərdən, döyüş fəndlərindən məharətlə istifadə edərək düşmən üzərində zəfər çaldıqlarını iftixar hissi ilə xatırlayıb və hər an Aprel döyüşləri zamanı qazandıqları qələbəni təkrarlamağa hazır olduqlarını bəyan edib.

Azad Mərdəliyev, Ceyhun Rüstəmov, Bəhruz Quliyev, Emin Şirinov, Emin İslamov və digər tankçıların işğal altında olan torpaqlarımızın da tezliklə azad ediləcəyinə böyük inam yaradan çıxışları hərarətlə dəstəklənib.

Cəbhə bölgəsindən gələn qonaqlar Aprel döyüşləri zamanı tankçıların istifadə etdikləri tankçı hərbi geyim nümunəsini muzeyə hədiyyə ediblər. Muzeyin direktoru Cəmilə Şərifova Müdafiə Nazirliyinin daim diqqət və qayğısını hiss etdiklərini, muzey fondunun daha da zənginləşdirilməsinə hər cür köməklik göstərdiyini qeyd edərək minnətdarlığını bildirib.

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli, Lənkəran Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə Prezident Sərəncamından irəli gələn vəzifələrin qəhrəmanın vətənində də uğurla həyata keçirildiyini bildirib və Müdafiə Nazirliyinin təşəbbüsü ilə keçirilən vətənpərvərlik tədbirlərinin yetişməkdə olan gənc nəslin tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Sovet Ordusu sıralarında, vaxtilə Həzi Aslanovun xidmət etdiyi Ukraynadakı hərbi hissələrdən birində zabit kimi həqiqi hərbi xidmət keçmiş, sonralar Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı olmuş tankçı İlham Qurbanov, müharibə veteranı Saleh Dostiyev və Biləsuvar rayonundan gəlmiş müəllim Bəhruz Rufullayev çıxış edərək ehtiyatda olan hərbi qulluqçuların da Azərbaycan uğrunda Ali Baş Komandanın hər bir əmrinə hazır olduqlarını bildiriblər.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti və Həzi Aslanov adına Lənkəran şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri əfsanəvi sərkərdəyə həsr olunmuş mahnılar, şeirlər ifa ediblər.

“Gənc Aslanovçular”ın çıxışı tədbir iştirakçılarında xoş ovqat yaradıb.

Tankçıların “Hər birimiz Həziyik, hər bir əmrə hazırıq!” şüarı ətrafa yayılaraq Həzi Aslanovun ata ocağında böyük qələbəliyə səbəb olub.

Tankçılara muzey ekspozisiyasında nümayiş etdirilən eksponatlar haqqında ətraflı məlumat verilib, birlikdə xatirə şəkilləri çəkdirilib.

Həzi Aslanovun ev-muzeyindən xoş təəssüratlarla ayrılan tankçılar sonra Həzi Aslanov adına Xatirə parkına gedərək görkəmli sərkərdənin abidəsini ziyarət edib, qarşısına çələng qoyub, qərənfillər düzüblər.

Həzi Aslanovun ata yurdu Gərmətük şəhər tipli qəsəbəsində İkinci Dünya müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə-kompleksini ziyarət edən tankçılar burada kənd sakinləri ilə görüşüblər.

Məlumat verilib ki, Gərmətük Lənkəranın ən qədim kəndlərindəndir. 1905-ci ildə erməni daşnakları bu kənddə qətliamlar törədərək kəndi viran etdikdən sonra Həzi Aslanovun babaları buranı məcburi tərk edərək Lənkəran şəhərinə köçmüşlər. Gərmətüklülər keçən əsrin 18-ci illərində erməni daşnaklarına, 1941-1945-ci illərdə faşizmə, Qarabağ müharibəsi başlanan ilk günlərdən isə torpaqlarımıza təcavüz edən erməni quldurlarına qarşı mərdliklə vuruşub, kəndin neçə-neçə igid övladı şəhidlik zirvəsinə ucalıb. Həzi Aslanovun həmyerliləri bu gün də Azərbaycan Ordusunda Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edir, hərb sənətinə böyük maraq göstərirlər.

Kənd ağsaqqallarından Sərhad Məmmədov, Rafiq İbadov, Aşur Əsədullayev, Cəmil İbadov və başqaları çıxış edərək Azərbaycan Ordusuna güvəndiklərini, onun uğurlarından fərəh hissi keçirdiklərini dilə gətirib, Vətənimizin müdafiəsində dayanan Azərbaycan əsgərinə bundan sonra da Həzi kimi mərd, qorxmaz, Vətəninə sadiq bir oğul olmağı, hərbi peşələrə səylə yiyələnməyi, Ali Baş Komandanın etimadını nümunəvi xidmətləri ilə doğrultmağı arzulayıblar.

Tankçılar Həzi Aslanovun həmyerlilərini əmin ediblər ki, Azərbaycanın bayrağı etibarlı əllərdədir və işğal altında olan digər ərazilərimiz də müdrik Prezidentimiz, qətiyyətli Ali Baş Komandanımızın rəhbərliyi altında azad ediləcək, respublikamızın ərazi bütövlüyü təmin olunacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb

ABŞ-da yük qatarı relsdən çıxaraq alovlanıb

Papa Fransisk ilk dəfə G7 sammitində iştirak edəcək

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur