SİYASƏT


Hikmət Hacıyev: Ermənistanın Kəlbəcərdən çıxması da vandalizm aktları ilə müşahidə olunur VİDEO

Bakı, 15 noyabr, AZƏRTAC

Ermənistanın Kəlbəcərdən çıxması da vandalizm aktları ilə müşahidə olunmaqdadır. Ərazilərimizin işğaldan azad edilməsi prosesində son məqamda da maddi mədəniyyət abidələrinə zərərlərin vurulması həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 15-də keçirilən brifinqdə söyləyib.

“Ağdamda Tiqranakert adlandırdıqları ərazidə qanunsuz arxeoloji qazıntılar aparırdılar. Bu qazıntılar zamanı əldə edilənlərin Ermənistana aparılması cəhdləri də var. Bu, beynəlxalq qanunların pozulmasıdır. Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəni irsi talan edən də Ermənistan olub. Biz işğal olunmuş ərazilərdə maddi mədəniyyət abidələrinə, xüsusən məscidlərinə vurulan zərərləri görürük, hətta məscidlərdə donuzlar saxlanılıb. Daha ətraflı araşdırmalardan sonra Ermənistanın barbar əməllərinin nəticələri bir daha özünü büruzə verəcək”, - deyə Prezidentin köməkçisi qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.