DÜNYA


Hindistanda “Fani” siklonu nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb VİDEO

Bakı, 13 may, AZƏRTAC

Ötən həftədən başlayaraq Hindistanın şərqində yerləşən Odişa ştatında tüğyan edən güclü “Fani” siklonu ən azı 64 nəfərin həyatına son qoyub.

AZƏRTAC ANI informasiya agentliyinə istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində, həmçinin 300-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb, yüz minlərlə insan evindən məhrum olub. Eyni zamanda, zərər çəkən rayonlardan milyondan çox insan təxliyə edilərək sahildən kənarda yerləşən müvəqqəti sığınacaqlara köçürülüb.

Ölüm hallarının əksəriyyəti Puri şəhərində qeydə alınıb – 39 nəfər. Yerli hakimiyyət orqanları ştatın 10 mindən çox yaşayış məntəqəsində minlərlə könüllünün iştirakı ilə bərpa işlərinə başlayıb.

Mayın 3-də Odişa ştatına çatan “Fani” son 20 ildə Hindistanda qeydə alınan ən güclü siklondur. O, özü ilə leysan yağışları və sürəti bəzən 55 metrə çatan güclü küləklər gətirir. 1999-cu ildə bənzər siklon 10 mindən çox insanın ölümünə səbəb olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.