DÜNYA


Hindistanda helikopter qəzası nəticəsində 11 nəfər həlak olub

Pekin, 8 dekabr, AZƏRTAC

Hindistan ordusunun müdafiə qərargahının rəisi general Bipin Ravatın da göyərtəsində olduğu helikopterin qəzaya uğraması nəticəsində 11 nəfər həlak olub.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, general Bipin Ravatın vəziyyəti ağırdır. Ölənlərin kimliyi barədə məlumat verilmir. Helikopterdə general Bipin Ravat ilə yanaşı, onun həyat yoldaşı, köməkçiləri, tabeliyindəki zabitlər olublar. Şahidlərin sözlərinə görə, yerə çırpılan helikopterdə yanğın baş verib.

Qeyd edək ki, Hindistan ordusuna məxsus, göyərtəsində 14 nəfərin olduğu “Mi-17V5” helikopteri yerli vaxtla günorta saat 12:00 radələrində Kunur rayonunda dağlıq meşə sahəsində qəzaya uğrayıb. Yerli ekspertlər qəzaya hava şəraitinin və ya texniki problemlərin səbəb olduğunu güman edirlər. Hindistan Hərbi Hava Qüvvələrinin komandanı da hadisə yerinə yollanıb.

General Bipin Ravat 2015-ci il fevralın 3-də Dimapur şəhərində baş vermiş helikopter qəzasından ağır xəsarət alsa da, sağ çıxa bilmişdi. O, Hindistan ordusunda yeni təsis edilən müdafiə qərargahının ilk rəisi kimi, ötən ilin yanvarında vəzifəsinin icrasına başlayıb. Ondan əvvəl isə ordu komandanı vəzifəsində xidmət edib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.