DÜNYA
Hindistanda koronavirus infeksiyasına rekord sutkalıq yoluxma halı qeydə alınıb
Bakı, 13 avqust, AZƏRTAC
Hindistanda son sutka ərzində 67 min 66 nəfər COVID-19 infeksiyasına yoluxub. Bu, ölkədə koronavirusa rekord sutkalıq yoluxma halıdır.
AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, həmçinin ötən sutka ərzində Hindistanda 950 nəfər COVID-19 xəstəliyi səbəbindən dünyasını dəyişib.
İndiyə qədər ölkədə 2 milyon 395 min 471 yoluxma halı qeydə alınıb, xəstəlik səbəbindən ölənlərin sayı isə 47 min 138 nəfərə çatıb.
Hindistan COVID-19 xəstələrinin sayına görə ABŞ və Braziliyadan sonra üçüncü, ölənlərin sayına görə isə dördüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Saytın son məlumatına əsasən, dünyada 20 milyon 830 min 789 yoluxma və 747 min 629 ölüm faktı qeydə alınıb, 13 milyon 725 min 955 nəfər isə COVID-19 xəstəliyindən sağalıb. Hazırda müalicəsi davam edən 6 milyon 357 min 205 xəstədən 64 min 569 nəfərin vəziyyəti ağır qiymətləndirilir.