DÜNYA


Hindistanda qızlar məktəbində kütləvi zəhərlənmə olub

Bakı, 6 yanvar, AZƏRTAC

Hindistanın Heydərabad şəhərindəki qızlar məktəbində kütləvi zəhərlənmə baş verib.

AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, şəhərin inzibati mərkəzi olan Ranqareddi dairəsindəki Kasturba qızlar məktəbinin 67 şagirdi xəstəxanalara yerləşdirilib. İlkin ehtimala əsasən, zəhərlənməyə səbəb məktəbdə verilən yeməklərdir.

Bildirilib ki, ötən gün axşamüstü şagirdlərə meyvə salatı, bir qədər sonra isə şam yeməyi verilib. Yanvarın 6-da isə şagirdlər mədə ağrısı və ürəkbulanma ilə xəstəxanalara göndərilib. Vəziyyəti ağır olan 20 şagird Nilufər hospitalında müalicəyə qəbul edilib.

Polis məsələ ilə əlaqədar təhqiqat aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.