DÜNYA


Hindistanda tikiş fabrikində partlayış nəticəsində azı 10 nəfər ölüb

Bakı, 23 fevral, AZƏRTAC

Hindistanın şimalında yerləşən Uttar-Pradeş ştatında tikiş fabrikində baş verən partlayış nəticəsində azı 10 nəfər həlak olub.

AZƏRTAC NDTV telekanalına istinadla xəbər verir ki, insident Bhadohi dairəsində qeydə alınıb. Partlayış o qədər güclü olub ki, həm fabrik binası, həm də yaxınlıqda yerləşən bir neçə tikili tamamilə dağılıb. Qəzanın dəqiq səbəbi hələlik məlum olmasa da, polis sənaye obyektinin ərazisində qanunsuz pirotexnika sexinin olduğunu müəyyən edib.

Ştat polisinin məlumatına görə, partlayış baş verən zaman fabrikdə o qədər də çox insan olmayıb. Odur ki, dağıntılar altında kiminsə qalması ehtimalı azdır.

Hüquq-mühafizə orqanları insidentlə bağlı cinayət işi açıb və təhqiqata başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.