DÜNYA


Hindistanda tunelin çökməsi nəticəsində 10 nəfər həlak olub

Bakı, 10 aprel, AZƏRTAC

Hindistanın Narayanpet şəhərində tikilməkdə olan tunelin divarının dağılması nəticəsində azı 10 nəfər ölüb, yaralananlar var.

AZƏRTAC Zee News telekanalına istinadla xəbər verir ki, bu barədə yerli polis rəisi məlumat yayıb.

İnsident nəticəsində həlak olanların hamısı inşaat işçiləridir. Yerli hakimiyyət ölənlərin sayının artacağından ehtiyatlanır. Belə ki, dağıntılar altında qalan insanların dəqiq sayı bilinmir. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.