MƏDƏNİYYƏT


Hindistanlı yazıçı Beynəlxalq Buker Mükafatına layiq görülüb

Bakı, 27 may, AZƏRTAC

Londonda Beynəlxalq Buker Mükafatının qalibi bəlli olub. Hindistanlı yazıçı Gitanjali Şri "Qum məzarı" (Tomb of Sand) romanına görə mükafata layiq görülüb. Bu, “Booker International” mükafatını qazanan hind dilindən ingilis dilinə tərcümə edilmiş ilk kitabdır.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ingilis dilinə tərcüməni ABŞ-dan olan rəssam, yazıçı və tərcüməçi Daisy Rokvil edib.

Ümumilikdə, 2022-ci il mükafatının qısa siyahısına altı fərqli dildə (ispan, Koreya, Norveç, polyak, hindi, yapon) altı əsər daxil edilib. Həmin əsərlərdən beşi qadın yazıçılar tərəfindən yazılıb.

Məlumat üçün bildirək ki, Gitanjali Şri 1957-ci ildə Hindistanın şimalındakı Mainpuri şəhərində anadan olub. O, 5 romanın və bir neçə hekayələr toplusunun müəllifidir. G.Şrinin əsərləri ingilis, fransız, alman, serb və Koreya dillərinə tərcümə olunub.

Qeyd edək ki, Beynəlxalq Buker Mükafatı 2005-ci ildə təsis edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.