RƏSMİ XRONİKA
Honduras Respublikasının Prezidenti Zati-aliləri cənab Porfirio Lobo Sosaya
Hörmətli cənab Prezident,
Honduras Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və xalqınıza Azərbaycan xalqı adından və öz adımdan ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan ilə Honduras arasında əlaqələrin möhkəmlənməsi istiqamətində səylərimiz ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız üçün yaxşı imkanlar açacaqdır.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Honduras xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 12 sentyabr 2013-cü il.