İQTİSADİYYAT
“Huawei” ən yaxşı beynəlxalq brend reytinqi sayılan “Interbrand”in 2017-ci il siyahısında 70-ci yerdədir
Bakı, 5 oktyabr, AZƏRTAC
Brend-konsaltinq sahəsində dünya lideri sayılan “Interbrand” şirkətinin dərc etdiyi “Ən yaxşı dünya brendi-2017” reytinqində “Huawei” iki pillə qalxaraq 70-ci yerdədir.
AZƏRTAC xəbər verir ki, “Huawei” brendi hazırda təxminən 6,7 milyard dollar dəyərləndirilir ki, bu da keçənilki göstəricidən 14 faiz çoxdur. “Huawei” 2014-cü ildən başlayaraq ilk Çin brendi kimi öz mövqeyini “Interbrand” reytinqində üç ildir ki, ardıcıl olaraq yüksəldir.
Builki reytinqdə texnoloji brendlər “Top-100”ün əsas hissəsini tutaraq birinciliklərini davam etdirir. Tədqiqat və istehsalda püxtələşən “Huawei” texnoloji şirkət olaraq reytinqə sabit daxil olmaqla, brendin artan beynəlxalq nüfuzunu və seçilmiş strategiyanın düzgünlüyünü bir daha təsdiqləyir.
“Interbrand”in gəldiyi qənaətə görə, “Huawei” daha təkmilləşdirilmiş informasiya şəbəkəsi yaradaraq qlobal rəqəmsal transformasiyanı sürətləndirir. Məhz bu cəhət, brendin dəyərinin 14 faizlik artımına və şirkətin beynəlxalq nüfuzunun bundan sonra da gücləndirilməsinə əsas yaradır.
“Huawei” brendinin dəyəri, həmçinin istehsalın sabit artımı və istehlak məhsullarının buraxılışı hesabına yüksəlməkdə davam edir. 2017-ci ilin birinci yarısında “Huawei” orta bazar göstəricilərini üstələyərək 70,01 milyon smartfon yükləyib, bu da bir il əvvəlki istehsaldan 20,6 faiz çoxdur. Flaqman mükafatları seriyası sayılan “Huawei P” və “Huawei Mate” isə şirkətin nüfuzunu və şöhrətini bütün dünyada günü-gündən daha da artırır.
IDC agentliyinin sahəvi analitik hesabatına görə, 2017-ci ilin ikinci rübündə yüklənən smartfonların sayı “Huawei” şirkətini Çində ən böyük, dünyada isə üçüncü istehsalçı kimi göstərməyə əsas verir. Smartfonların qlobal bazarında “Huawei” şirkətinin payı 9,8 faizdən 11,3 faizədək artıb.
“Huawei” brendinin nüfuzu dünyanın ən tanınmış təşkilatları tərəfindən tanınıb. “Fortune 500” siyahısında Huawei” dünyanın ən iri şirkətlərinin “Top-100”də ilk dəfə olaraq 129-cu pillədən 83-cü pilləyə qalxıb. Bundan başqa, “Huawei” “Forbes” jurnalının 2017-ci il ərzində dünyanın ən nüfuzlu brendlərinin daxil olduğu siyahısında yeganə Çin brendidir.
Qeyd edək ki, 30 illik təcrübəyə malik, informasiya-kommunikasiya texnologiyaları sahəsində dünyanın aparıcı şirkəti olan “Huawei” 15 ildir Azərbaycanda fəaliyyət göstərir. Bu illər ərzində ölkədə 2 minə yaxın insan işə cəlb olunub. Hazırda şirkət dünyanın 170-dən artıq ölkəsində 176 min əməkdaşı ilə təmsil olunur.
1974-cü ildə yaradılan “Interbrand” - brendinq sahəsində xidmətlər göstərən dünyanın iri konsaltinq şirkətidir. Şirkətin hazırladığı dünya brendlərinin illik top-siyahısı dünyada böyük nüfuza malikdir və adətən brendin dünya qiymətinin göstəricisi sayılır.