Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Humanitar Forum qlobal məsələlərin müzakirəsi baxımından böyük əhəmiyyətə malikdir VİDEO

Humanitar Forum qlobal məsələlərin müzakirəsi baxımından böyük əhəmiyyətə malikdir   VİDEO

Tokio, 27 noyabr, AZƏRTAC

Oktyabrın əvvəllərində keçirilmiş IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Tokioda ingilis dilində nəşr olunan “The Japan Times” qəzetinin prezidenti Takeharu Tsutsumi həmin beynəlxalq tədbir barədə fikirlərini AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri ilə bölüşüb. Müsahibəni təqdim edirik.

- Cənab Tsutsumi, ötən ay Azərbaycan paytaxtında keçirilmiş IV Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Qeyd etmək istəyirəm ki, Bakıda keçirilən və dünyanın humanitar problemlərinin həlli yollarının müzakirəsinə həsr edilən Humanitar Forum böyük əhəmiyyətə malikdir. Əgər nümayəndələrin sayını, təmsil etdikləri ölkələrin coğrafiyasını və hazırda dünyada baş verən prosesləri nəzərə alsaq bu beynəlxalq tədbirin əhəmiyyəti daha aydın görünər. Mənim ən çox diqqətimi cəlb edən bir məqamı xüsusi qeyd etmək istəyirəm. Dünyanın 60-dan çox ölkəsindən gəlmiş 600-ə yaxın nümayəndənin arasında keçmiş dövlət başçıları, Nobel mükafatı laureatları və digər dünya miqyaslı şəxsiyyətlərin olması Forumun önəmini daha da artırırdı. Zənnimcə bu, IV Bakı Beynəlxalq Humanitar Forumunun səviyyəsinin çox yüksək olduğunu deməyə əsas verir. Məni belə yüksək, dünya miqyaslı liderlərin toplantısına dəvət etdiyinə görə Azərbaycan rəhbərliyinə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Digər tərəfdən, mən Bakı Forumunu Davos İqtisadi Forumu ilə müqayisə etmək istərdim. Davos Forumunda yalnız iqtisadi məsələlər müzakirə edildiyi halda, Bakı Forumunda daha qlobal, bütün dünyanı düşündürən humanitar problemlər müzakirə müstəvisinə çıxarılır. Bu, Bakı Forumunun əhəmiyyətini xüsusilə artırır.

Cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrinin, tamamilə fərqli tərcümeyi-hala malik insanların Forumda iştirakı da məndə xoş təəssüratlar doğurdu.

- Siz Forum zamanı AZƏRTAC-ın təşkilatçılığı ilə keçirilən “Mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun həyata keçirilməsi şəraitində XXI əsr jurnalistikasının problemləri” mövzusunda diskussiyalarda iştirak etdiniz və orada çıxışınız da oldu. Bəs bu müzakirələrin əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Əvvəla bu mövzuda diskussiyaların yüksək səviyyədə təşkilinə və mənim oradakı çıxışımı diqqətlə dinləyərək bu barədə söylədiyi xoş sözlərə görə AZƏRTAC-ın baş direktoru Aslan Aslanova xüsusi minnətdarlığımı bildirmək istəyirəm.

Qeyd edim ki, diskussiyaların mövzusu həqiqətən də çox aktual mövzuya, sosial şəbəkələrin genişləndiyi bir dövrdə rəqəmsal medianın fəaliyyətinə həsr edilmişdi. Tanınmış jurnalist, TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın moderatorluğu ilə keçirilən “dəyirmi masa”da sosial media ilə bağlı onun çox maraqlı bir fikrini xatırlatmaq istəyirəm. M.Qusman hazırkı sosial medianı avtomobilin ixtirası ilə müqayisə etdi. Bildirdi ki, avtomobil də təzə ixtira olunanda onun nə nömrəsi, nə də hərəkət qaydaları mövcud deyildi. Daha dəqiq desək bu sahədə müəyyən bir xaos var idi. Müasir sosial medianı da məhz buna bənzətmək olar, burada da hazırda xaos hökm sürür. Mənə elə gəlir ki, biz bu prosesə tam təbii yanaşmalı və onun peşəkar elektron media ilə birgə fəaliyyətinə çalışmalıyıq.

Bundan əlavə, ABŞ-dan olan jurnalist Terri Makkartinin internetin riskli olması barədə fikri də mənim üçün çox maraqlı oldu. O bildirdi ki, internet dünyanın hər yerində informasiyanı əldə etməyə imkan yaratsa da sosial medianın yaydığı məlumatlarda müəyyən risk var. Yəni bu informasiyalar bir istiqamətlədir və müəyyən tərəfin maraqlarına yönəlib. Mən onun bu fikri ilə tamamilə razıyam və düşünürəm ki, həmin məlumatlarla ehtiyatlı davranmaq lazımdır.

Həmin diskussiyalara mən də qatılaraq Yaponiyada elektron KİV-lər, qəzetlər, onların müasir durumu haqda danışdım. Çoxları elə fikirləşir ki, Yaponiya müasir texnologiyaların geniş yayıldığı ölkə olduğuna görə burada əsasən elektron KİV-lər üstünlük təşkil edir. Lakin mən bildirəndə ki, bizdə qəzetlər, yəni kağız üzərindəki mətbuat çox populyardır, bu, çoxlarının təəccübünə səbəb oldu. Mənim çıxışım AZƏRTAC-ın baş direktoruna xoş təsir bağışladığına görə o, məni növbəti ilk imkanda Azərbaycana səfərə dəvət etdi. Bu, mənim üçün çox böyük şərəfdir.

- Bəs Azərbaycan, onun paytaxtı Bakı haqda nə deyə bilərsiniz? Xahiş edirik təəssüratlarınızı bizimlə bölüşəsiniz.

- Çox təəssüf edirəm ki, iş cədvəlim sıx olduğuna görə Forum iştirakçıları üçün nəzərdə tutulan bədii proqramlarda fəal iştirak edə bilmədim. Lakin avtobusla hərəkət edərkən Bakının necə gözəl şəhər olduğunu seyr edə bildim. Bu şəhərin arxitekturasında müasirliyin və milliyin vəhdəti mənə çox xoş təsir bağışladı. Xüsusən Bakının gecə illüminasiyaları çox gözəl idi. Mən qədim Azərbaycan torpağı Naxçıvana da gedə bilmədim. Buna görə çox təəssüflənirəm. Lakin çox istərdim ki, Azərbaycana növbəti səfərimdə mütləq bu şəhərdə olum.

Bir də təəssüf hissi ilə bildirmək istəyirəm ki, hələ də Yaponiyada Azərbaycanı yaxşı tanımayanlar var. Burada insanların Azərbaycan nefti, digər təbii ehtiyatları barədə xəbərləri olsa da, onlar ölkənizin qədim tarixi, zəngin mədəniyyəti barədə kifayət qədər məlumatlı deyillər. Bu barədə məlumatlar da kifayət qədər çox deyil. Lakin Azərbaycanın dinamik inkişafını, perspektivini nəzərə alaraq mən qətiyyətlə deyə bilərəm ki, ölkəniz yaponların diqqətini tezliklə özünə cəlb edəcək və onlar bu gözəl diyarı görmək üçün çalışacaqlar.

Bu istiqamətdə Azərbaycanın Yaponiyadakı səfirliyinin geniş fəaliyyətini qeyd etmək istərdim. Ümid edirəm ki, bizim redaksiya ilə səfirlik arasında yaranmış sıx dostluq münasibətləri iki xalq arasında əlaqələrin daha da yaxınlaşmasına öz töhfələrini verəcək.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Ərəb ölkələrinin mediası: Azərbaycan Qarabağda öz suverenliyini bərpa edib

“Qarabağ”- “Molde” oyunu başlayıb

Azərbaycan ilə Niderland arasında qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb

YAP-ın iki rayon təşkilatına yeni sədrlər təyin olunub

Siyasi şərhçi: Yevlax görüşü Qarabağdakı separatizmin, terrorçuluğun sonunun gəldiyini göstərir

Bakıda Asiya Parlament Assambleyasının daimi komitəsinin iclası keçirilib

“Azəriqaz” İstehsalat Birliyində Neftçilər Günü qeyd edilib

Baş Prokurorluq Rusiya sülhməramlılarının həlak olduğu insidentlə bağlı istintaq aparır

Adil Əliyev: Cənubi Qafqazda sülhün təminatçısı Azərbaycandır

Türkiyə yığması Montella ilə müqavilə bağlayıb

Prezident İlham Əliyevin xalqa müraciəti və Azərbaycanın antiterror tədbirləri Rusiya KİV-inin diqqət mərkəzindədir

Yaralı erməni qadın hərbi hospitala təxliyə edilib

Naxçıvanda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi keçirilib

Sənan Süleymanov erməni güləşçiyə qalib gələrək finala yüksəlib və olimpiadaya lisenziya qazanıb

“Qarabağ”-“Molde” matçının start heyəti açıqlanıb

Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində təşkil olunan qəbulda iştirak edib

Uşaq musiqi məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlanıb

Qozlukörpü yaşayış məntəqəsi ərazisindəki mülki təyinatlı obyektdə sursat anbarı aşkarlanıb

İran mətbuatı Azərbaycanın lokal antiterror tədbirindən yazıb

Qida sahəsində fəaliyyət göstərən 4 müəssisədə nöqsanlar aşkarlanıb

İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub

Azərbaycan-Gürcüstan FM radiosu Gürcüstanın bütün ərazilərində yayımlanacaq

Nikol Paşinyan regiondakı gərgin şəraitdə xalqı sülhə dəyər verməyə çağırıb

Papa Fransisk: Dünya nüvə müharibəsinin astanasındadır

Cənubi Qafqazda yeni siyasi düzən formalaşması Prezident İlham Əliyevin adı ilə bağlıdır - ŞƏRH

Narkomaniyaya qarşı maarifləndirici tamaşa nümayiş etdirilib

Azərbaycanın Qarabağ bölgəsində antiterror tədbirlərindən sonra minalar zərərsizləşdirilir

Şirvanda tədbir: “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır

® "Unibank" özünüməşğulluq layihəsi çərçivəsində daha 5 vətəndaşa dəstək olub

Cənub regionunda aqroturizmin təşviqi ilə bağlı tədbirlər keçirilir

İşçinin əmək hüquqlarını pozan şirkət 20 min manat cərimələnib

2027-ci ilin sonuna xarici dövlət borcunun ÜDM-in 6,8 faizi həcmində olacağı proqnozlaşdırılır

ADA Universiteti: Böyük Qayıdışla bağlı layihənin icrasına başlanılıb

Mingəçevirdə fəaliyyət göstərən süd və süd məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Şərqşünas alimin Qarabağda antiterror tədbirləri haqqında məqaləsi Misir mətbuatında yayımlanıb

SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Sentyabrın 22-nə olan USD/AZN rəsmi məzənnəsi

Dmitri Peskov: Qarabağın mənsubiyyəti məsələsi həll olunub

Azərbaycanın üç güləşçisi dünya çempionatında yarımfinala vəsiqə qazanıb

Bakı Böyük Dəbilqə turniri: Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşib

İlin sonuna əsas kapitala olan investisiyalarda 7,7 faiz artım proqnozlaşdırılır

Sumqayıtda STEAM və İnnovasiyalar Mərkəzi fəaliyyətə başlayıb

Kibertəhlükəsizlik sisteminin daha güclü formada qurulması üçün dövlət və özəl sektorun səmərəli əməkdaşlığı ön plana çıxır

Azərbaycan Stolüstü tennisçiləri “WTT Youth Contender” turnirində daha 4 medal qazanıb

Umida Teşabayeva: Özbəkistan Milli Kitabxanası uzun illərdir Azərbaycan Milli Kitabxanası ilə sıx əməkdaşlıq edir

Milyarder Lauder rəssam Şilenin əsərlərini nasistlərin qətlə yetirdiyi kolleksiyaçının varislərinə geri qaytaracaq

Azərbaycanın Rus İcması: Bizim rəşadətli, şanlı Ordumuz qısa müddətdə Qələbə çalıb və separatçıları kapitulyasiyaya məcbur edib

® “OBA” müştəriləri üçün “Qənaətin vaxtıdır”

İtaliyalı tədqiqatçı: Azərbaycan Qarabağ ermənilərinin dinc yaşayışını təmin edəcək

Sözü imzası qədər dəyərli olan Azərbaycanın bölgədə yaratdığı reallıqlar - ŞƏRH

AYNA: Parklanma üçün 129 486 nəfər mobil tətbiq yükləyərək qeydiyyatdan keçib

İndoneziya Azərbaycan ilə iqtisadi-ticarət münasibətlərinin genişləndirilməsində maraqlıdır

DİM xarici ölkələrdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirəcək

Gənc Tamaşaçılar Teatrı Qusarda azyaşlı tamaşaçıları “Qırmızı papaq"la sevindirib

TKTA mənzil təsərrüfat xidməti üzrə mütəxəssislərə sertifikatlar verib

Azərbaycan Milli Kitabxanasının 100 illiyi münasibətilə keçirilən beynəlxalq elmi-praktik konfrans başa çatıb

Bu il proqnozlaşdırılan orta illik inflyasiyanın 2027-ci ildə 4,2 faizə qədər enəcəyi gözlənilir

Milli Kitabxana “Beynəlxalq Sülh Günü” adlı virtual sərgi hazırlayıb

Yaponiya nəşri: Qarabağdakı erməni qüvvələri tam şəkildə tərk-silah olmağa razılıq veriblər

® “Qara və Xəzər dənizi Logistika” forumu

XİN: Fransa xarici işlər nazirinin açıqlamaları bölgədə mövcud reallıqların təhrif edilməsinə yönəlib

İlqar Aslanov: Qazaxıstanla oyunda qalib gəlsək, şansımız daha da artacaq

Maliyyə Nazirliyi: 2024-cü ildə də manatın məzənnəsi sabit qalacaq

Azərbaycanın tarixinə daha bir şanlı səhifə daxil oldu – Daşları yerinə oturtmağın vaxtıdır - ŞƏRH

TKTA əməliyyatçı-mühasib peşə ixtisası üzrə qiymətləndirmə aparıb

Astarada sel sularının zərər vurduğu yol və körpülərə baxış keçirilib

Türkiyə Milli Müdafiə Nazirliyi: Azərbaycanın yanında olmaqda davam edəcəyik

Elçin Əmirbəyov: İndi bizim bütün ərazimizdə suverenliyimiz təmin olunub

Niderland mediasında Azərbaycanın antiterror tədbirlərinin Qarabağda sülhə gətirib çıxaracağından bəhs edilib

Deputat: Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri dünya üçün nümunə oldu

Şagird nailiyyətlərinin qiymətləndirilməsinə dair metodik vəsait çap olunub

Sahibkarlar məhsullarını iri ticarət şəbəkələrində satmaq üçün KOBİA-ya müraciət edə bilərlər

Futzal üzrə milli komandanın kapitanı azarkeşlərə müraciət edib

AQTİ “Qida subyektlərində sanitar-gigiyenik normalar” mövzusunda təlim təşkil edib

Bir şəxsi öldürən, digərini öldürməyə cəhd edən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlaması VİDEO

® “Veysəloğlu” rəhbərləri gənclərlə biznes təcrübələrini bölüşür - Yeni layihə

Payız semestrində təhsil krediti alan tələbələrin sayı açıqlanıb

Türkiyə Müdafiə Sənayesi Komitəsinin müşaviri AzTU-da olub

AMEA-nın prezidenti: Uğurla başa çatdırılmış antiterror tədbirləri Prezident İlham Əliyevin qəti Qələbəsidir

Bu ilin sonuna Azərbaycanda ÜDM-in 1,9 faiz artacağı proqnozlaşdırılır

Gələn il üçün müdafiə və milli təhlükəsizlik xərcləri açıqlanıb

Aqrar Sığorta Fondunun sədri İsmayıllıda vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycan Prezidentinin xalqa müraciəti Gürcüstan mətbuatının diqqət mərkəzində olub

AFFA-da 2024/25-ci illər lisenziyalaşdırma mövsümü müzakirə olunub

Gələn il dövlət büdcəsi 33,7 milyard manat nəzərdə tutulur

ABŞ Serbiya-Kosovo dialoqunda Aİ-nin vasitəçiliyinə etibar edir

Qarabağın erməni sakinlərinin nümayəndələri görüşdən sonra Yevlaxı tərk ediblər VİDEO

Azərbaycanda bu ilin sonunadək Rəqəmsal İqtisadiyyat Strategiyası təsdiqlənəcək

BDU əməkdaşları üçün təkmilləşdirmə kursları təşkil olunub

2024-cü ildə icmal büdcədə 3,3 milyard manat kəsr olacaq

Azərbaycanda nikahların pozulması ilə bağlı statistik rəqəmlər narahatedici səviyyədədir – ARAŞDIRMA

FIFA: Azərbaycanın reytinq cədvəlindəki mövqeyi dəyişməyib

Britaniya telekanalında Azərbaycana qarşı səsləndirilmiş iddialara cavab verilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan və Bakı tarixinə dair unikal sənədlər Milli Kitabxanaya təhvil verilib

BDU-da “Fizikada müasir baxışlar” adlı beynəlxalq elmi konfrans keçiriləcək

Vəfa Bəkərova: Şadıq ki, ilk dəfə Naxçıvanda bədii gimnastika üzrə beynəlxalq turnir keçirilir

Azərbaycan xalça motivləri əks olunan rəsmlər Vyanada beynəlxalq festival həftəsində nümayiş olunub

Britaniyalı ekspert: Antiterror tədbirləri zamanı Qarabağın mülki əhalisinə zərər yetirilmədi