SİYASƏT


Hyustonun mərkəzində “Qarabağ Azərbaycandır!” şüarı nümayiş etdirilib

Bakı, 13 oktyabr, AZƏRTAC

Xaricdə yaşayan azərbaycanlıların təşəbbüsü ilə “Qarabağ Azərbaycandır!” şüarının bütün dünyada təbliğ olunması kampaniyası davam edir.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Çexiyanın Praqa, Böyük Britaniyanın London, ABŞ-ın Nyu-York və Boston şəhərlərindən sonra “Qarabağ Azərbaycandır!” şüarının yazıldığı banner Texas ştatının Hyuston şəhərində nümayiş etdirilib.

Hyuston Amerika-Azərbaycan Mədəniyyət Alyansının təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır!” banneri şəhərin mərkəzində yerləşən avtomagistraldakı körpünün üzərindən asılıb. Bannerin bir neçə saat nümayiş olunması ilə sakinlərin diqqəti Qarabağ məsələsinə cəlb edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.