CƏMİYYƏT


İƏT-in Milli Xəbər Agentlikləri Birliyi virtual seminar keçirəcək

Qahirə, 6 iyun, AZƏRTAC

İyunun 8-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Milli Xəbər Agentlikləri Birliyi (UNA) təşkilatın Baş Katibliyinin informasiya departamenti ilə birlikdə “Böhran dövründə yanlış xəbərlərin qarşısının alınması” mövzusunda virtual seminar keçirəcək.

UNA-nın baş direktorunun müavini Zayid Sultan Abdulla AZƏRTAC-a bildirib ki, seminarın məqsədi böhran vəziyyətində jurnalistlərin informasiyaları dəqiqləşdirməsi və şayiələrin qarşısının alınması üçün operativ yayması sahəsində peşəkarlığının artırılmasıdır. O deyib ki, seminarda UNA-ya üzv ölkələrin rəsmi xəbər agentliklərinin bu sahədə fəaliyyətinə xüsusi diqqət yetiriləcək.

Z.Abdulla bildirib ki, seminarda iştirak etmək istəyən media orqanları https://us02web.zoom.us/webinar/register/WN_OQVqZiDYT6ipxy7-Y30WCw  linki vasitəsilə akkreditasiyadan keçə bilərlər.

Xatırladaq ki, UNA mayın 16-da “Koronavirusa qarşı səylərin dəstəklənməsində xəbər agentliklərinin rolu” mövzusunda virtual forum da təşkil edib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.