CƏMİYYƏT
ICESCO-nun Baş direktoru “ASAN xidmət” konsepsiyasını yüksək qiymətləndirib
Qahirə, 22 sentyabr, AZƏRTAC
İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının Baş direktoru Salim bin Məhəmməd Əl-Malik Mərakeşdə səfərdə olan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti ilə görüşüb.
Təşkilatın baş ofisindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Dövlət Agentliyinin nümayəndəsi “ASAN xidmət” konsepsiyası haqqında təqdimatla çıxış edib.
ICESCO-nun baş direktoru xidmətin fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, 4-cü sənaye inqilabı dövründə “ağıllı xidmətlərin” tətbiqi böyük əhəmiyyətə malikdir və təşkilata üzv ölkələr Azərbaycanın təcrübəsindən istifadə etməlidirlər. Salim Əl-Malik, öz növbəsində, ICESCO-nun süni intellektin tətbiqi və yüksək texnologiyalar sahələrində həyata keçirdiyi proqram və layihələrdən bəhs edib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə