ELM VƏ TƏHSİL
“İNTERNET–JURNALİSTİKANIN FORMALAŞMASININ BƏZİ ASPEKTLƏRİ” EKSPRESS–İNFORMASİYA KİTABÇASI (İNFORMASİYA CƏMİYYƏTİ SERİYASI) NƏŞR OLUNMUŞDUR
“İnternet-jurnalistikanın formalaşmasının bəzi aspektləri” adlı ekspress-informasiya kitabçası (informasiya cəmiyyəti seriyası) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) “İnformasiya Texnologiyaları” nəşriyyatında çapdan çıxmışdır.
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, kitabçanın müəllifləri AMEA İTİ–nin direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev, Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətinin elm və təhsil verilişləri departamentinin direktoru, filologiya elmləri namizədi Cəsarət Valehov və AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi Rasim Mahmudovdur.
İnformasiya cəmiyyəti seriyasından olan kitabçada informasiya cəmiyyətinə müxtəlif təriflər verilir, informasiya inqilabları kontekstində jurnalistikanın yaranma zəruriyyəti və təkamülü məsələlərinə toxunulur. Müasir informasiya texnologiyalarının son nailiyyətlərinin tətbiqi ilə İnternet-jurnalistikanın formalaşması istiqamətində mövcud olan bir sıra problemlər və onların həlli yollarının bəzi aspektlərindən bəhs olunur.