DÜNYA


İRAN ABŞ-A ATOM ELEKTRİK STANSİYASININ TİKİNTİSİNƏ QOŞULMAĞI TƏKLİF ETMİŞDİR

AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, İran hökuməti ABŞ-a Xuzistan ostanında atom elektrik stansiyasının (AES) tikintisi üçün elan olunmuş müsabiqəyə qoşulmağı təklif etmişdir. İran XİN-in rəsmi nümayəndəsi Həmid Rza Asəfi bildirmişdir ki, zəruri standartlara riayət olunması şərti ilə ABŞ müvafiq təklif verə bilər.

İran əcnəbi tərəfdaşların köməyi ilə Xuzistanda “yüngül” su ilə işləyən 360 meqavat gücündə reaktorlu AES tikmək niyyətindədir. 7 ildən sonra istifadəyə veriləcək stansiya üçün yanacağı İranın özündə istehsal etmək planlaşdırılır.

Bundan əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyinin başçısı Məhəmməd Əl-Baradei xəbərdarlıq etmişdir ki, dünya birliyi İran nüvə proqramı ətrafında yaranmış böhranı nizama salmaq cəhdlərindən artıq təngə gəlmişdir. O, İrandan “maksimum şəffaf olmağı” tələb etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.