MƏDƏNİYYƏT
İRAN KİNOREJİSSORLARI MƏTBUAT KONFRANSI KEÇİRMİŞLƏR
AZƏRTAC xəbər verir ki, Azərbaycanda İran kinosu həftəsi ilə əlaqədar qonşu ölkənin Bakıda olan rejissorları fevralın 2-də “Nizami” kinoteatrında kütləvi informasiya vasitələri nümayəndələri üçün mətbuat konfransı keçirmişlər.
İran kinosunun tanınmış rejissorlarından Puran Derəxşənde və Nəsri Şəfəq İİR-də kinematoqrafiyanın bugünkü durumu barədə ətraflı məlumat vermişlər. Bildirmişlər ki, ölkədə ildə 100-ə yaxın film çəkilir. İran kinostudiyasının məhsulları artıq dünya səviyyəsində təsdiqini tapır. Beynəlxalq festivallarda mükfatlara layiq görülür.
Diqqətə çatdırılmışdır ki, İslam inqilabının qələbəsindən sonra İran kinematoqrafiyasının inkişafında qadınların rolu xeyli artmışdır. Tədbirdən sonra P.Derəxşəndenin “Küləkdə bir şam” filmi göstərilmişdir.
Film maraqla qarşılanmışdır.