İSLAM İNKİŞAF BANKI QAZAXISTANA 32 MİLYON DOLLAR KREDİT VERƏCƏKDİR
AzerTAg.az
Müxbirimizin Almatıdan verdiyi xəbərə görə, İslam İnkişaf Bankı Qazaxıstana üç layihənin həyata keçirilməsi üçün 32 milyon dollar kredit ayıracaqdır. Bunu Qazaxıstan Milli Bankı sədrinin müavini Bolat Jamişev bildirmişdir.
O demişdir ki, layihələrin maliyyələşdirilməsi haqqında saziş bankın Direktorlar şurasının avqustun 30-dan sentyabrın 3-dək Almatıda keçiriləcək 28-ci illik yığıncağında imzalanacaqdır. 20 il müddətinə verilən 9 milyon dollar Qaraqanda vilayətində kəndlərin su təchizatını yaxşılaşdırmağa, 12 il ərzində qaytarılacaq daha 9 milyon dollar milli poçt xidmətini modernləşdirməyə xərclənəcəkdir. B.Jamişev bildirmişdir ki, İslam İnkişaf Bankı Astanadakı Qazaxıstan Dövlət Hüquq Universitetinin tədris korpusunun tikintisini də maliyyələşdirəcəkdir. Bunun üçün 15 ildən sonra ödənilməyə başlanacaq 14 milyon dollar vəsait ayrılır.
Xəbərin mətnində orfoqrafik səhv var